Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Sözügedən ünvanda açıq ərazidə məişət tullantıları yanıb. Dərhal əraziyə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.Yanğın zamanı yaxınlıqda olan 9 mərtəbəli binanın 1-ci mərtəbəsinə alov keçib.Yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi zamanı söndürülüb.Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Xöşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzillərə ziyan dəyib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.






