AZ

Sürət həddini aşan milyarder ölkə büdcəsini belə “zənginləşdirir”

ain.az, Avtosfer saytına istinadən bildirir.

Hadisə 2024-cü ildə baş versə də, indi mətbuata sızıb.

Avtosfer.az xəbər verir ki, İsveçrədə yaşayan fransız milyarder sürət həddini aşdığı üçün çox böyük məbləğdə cərimə edilib.

50 km/saat sürət həddi müəyyən edilmiş ərazidə 77 km/saat sürətlə radara düşən milyarderin işi məhkəməlik olub. Məlumat üçün deyək ki, İsveçrədə sürət həddinin bu qədər aşılmasına görə cəzanı polis verə bilməz. Məhkəmənin qərarı ilə o, 40 günlük gəliri məbləğində (2000x40) frank cərimə ödəməlidir (1 CHF = 2,1 AZN).

Bu cəza İsveçrənin 300 ən varlı şəxsi siyahısında yer alan sürücünün ilk işi deyil. O, 2016-cı ildə də İsveçrə büdcəsini 70 min frank “zənginləşdirmişdi”.Qeyd edək ki, İsveçrədə sürət həddini aşanları cərimə ilə yanaşı həbs və psixiatriya xəstəxanasına göndərilmə də gözləyir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
avtosfer.az

2Mənbələr