AZ

"Şamaxı"da iki yeni məşqçi

Azərbaycan Premyer Liqası təmsilçisi "Şamaxı" məşqçilər korpusuna əlavələr edib.

İdman.biz xəbər verir ki, klubdan daha iki mütəxəssislə müqavilə bağlandığı açıqlanıb.

Məşqçi Anar Vəliyev və qapıçı hazırlığı üzrə köməkçi məşqçi Əyyub Əliyev əsas komandanın məşqçilər heyətində yer alacaq.

Qeyd edək ki, "Şamaxı"nın baş məşqçi vəzifəsini Ayxan Abbasov tutur.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr