AZ

Almaniyada ağır yol nəqliyyat hadisəsi nəticəsində dörd gənc həlak olub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 16 avqust, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Kürten şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində dörd gənc həlak olub, bir yeniyetmə isə ağır xəsarət alıb.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, ilkin ehtimallara əsasən idarəetməni itirən avtomobil yoldan çıxaraq ağaca çırpıldıqdan sonra aşıb. Nəticədə avtomobildə olan 16-19 yaşlı dörd gənc hadisə yerində həlak olub. Avtomobili idarə edən 16 yaşlı yeniyetmə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sürücünün avtomobili valideynlərinin razılığı olmadan gizli şəkildə götürdüyü ehtimal edilir. Almaniyada sürücülük hüququ üçün yaş həddi 18 olduğundan hüquq-mühafizə orqanları hadisəni qanunsuz avtomobil idarəetməsi faktı üzrə də araşdırırlar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
2
azertag.az

4Mənbələr