AZ

“Biz doğma yurdumuza qayıdacağıq: Həm də ləyaqətli şəkildə….”

“İcma qərbi azərbaycanlıların öz yurdlarına dönməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək”.

Bunu APA-ya açıqlamasın da Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli bildirib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasının zəruriliyini vurğulayıb və bu istiqamətdə mübarizənin sona qədər davam etdiriləcəyini bildrib:

“Mən hörmətli deputat həmkarımız Əziz Ələkbərlinin bəyanatı ilə həmfikirəm. Bu proses sona qədər davam etdiriləcək.

Cənab Prezidentimiz 2020-ci ildə, 44 günlük müharibədən sonra açıqlamaların birində demişdir ki, biz Qərbu Azərbaycana qayıdacağıq. Amma bu, sülh və sivil qaydada baş verəcək.

Qərbi azərbaycanlılar ədalətsizliyə məruz qalan, hüquqsuzluqla üzləşən insanlardır. Onlar öz doğma torpaqlarından deportasiya ediliblər. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq  onların geri qaytarılması tələbini irəli sürüb. Məqsəd qərbi azərbaycanlıların ləyaqətli şəkildə, bütün hüquqları qorunmuş şəkildə doğma dədə-baba yurdlarına qayıtmasıdır. Əminəm ki, bu proses uğurla başa çatacaq”.

Seymur ƏLİYEV

 

Seçilən
47
moderator.az

1Mənbələr