AZ

Bakıya qarşı təxribat regionu silkələdi: Xəzərdə hərəkət dayandı İnanılmaz Rusiya detalı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xatırladılıb ki, iyulun 24-də BTC operatoru BP Türkiyənin Ceyhan terminalında neft çənlərində yoxlama apararkən orqanik xlor aşkar edib. “Azəri Layt” markalı neft tankerində də çirklənmə qeydə alınıb.

Bu insident 1 800 km-lik BTC boru kəməri ilə Qazaxıstan və Türkmənistandan tədarüklərə təsir edən fors-major iddialarına səbəb olub. Nəticədə, iyulun sonundan etibarən hər iki ölkədən Xəzər dənizindən boru kəmərinə daşınmalar faktiki olaraq dayandırılıb və Qazaxıstanı Rusiyanın cənubundan keçən kəmərə daha çox etibar etməyə məcbur edib.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Bakı-Ceyhan neft kəmərində xlorid aşkar edilməsi və burada potensial təxribatlar istisna deyil:

Həmçinin oxuyun:

Bakıda forum keçirildi: Prezident çıxış etdi – VİDEO

“Nəticədə Qazaxıstan neftin ixracını dayandırıb və Rusiya ərazisindən keçən kəmərdən istifadə edir. Düşünürəm ki, BTC neft kəmərinə planlı təxribatlar həyata keçirilir ki, Azərbaycan neftinin ixracına problem yaransın. Həmçinin Türkmənistan və Qazaxıstan növbəti mərhələdə Azərbaycan ərazisindən tranzit kimi istifadə etməsin. Rusiya Azərbaycanın Qərbə neft və qaz ixracında maraqlı deyil. Növbəti mərhələdə Mərkəzi Asiya ölkələrinin bu tranzit imkanından istifadəsi gözlənilir.

Məhəmməd Əsədullazadə

Bununla kəmərin etibarlılığı aşağı səviyyəyə düşür. Azərbaycan Ukraynaya qaz ixrac etdikdən sonra bu ölkədə qaz kompressor stansiyası vuruldu. SOCAR-a məxsus neft çənləri də hədəf alındı. Ardınca Bakı-Ceyhan neftində xlorid aşkar edildi. Açıq-aşkar Rusiyanın izi var. Təbii ki, kimyəvi qarışığın hansı istiqamətdən gəlməsini istintaqla müəyyənləşdirmək mümkündür. Ola bilər ki, Qazaxıstan neftində xlorid olub və gəlib Azərbaycan neftinə qarışıb. Qazaxıstan üçün bu təxribat üçüncü ölkə tərəfindən həyata keçirilən addım kimi dəyərləndirilə bilər. Amma Azərbaycanın Qərblə tranzit imkanlarını Rusiyanın hədəfə alması aydındır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
globalinfo.az

1Mənbələr