BAKI, 16 avqust. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ali Hərbi Şurasının qərarına uyğun olaraq ordu komandanı təyin etdiyi general Kamal Yeni istefa ərizəsi yazıb.
Teleqraf "Haberturk"ə istinadən xəbər verir ki, daha öncə Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan general Ərzincanda yerləşən 3-cü Ordunun komandanı təyin edilsə də, o, təqaüdə çıxmaq üçün rəhbərliyə ərizə ilə müraciət edib.
Qeyd edək ki, 2018-ci ildə general-leytenant rütbəsi alan Kamal Yeni 2021-ci ildə 1-ci Ordu komandanı təyin edilib.
2023-cü ildə general rütbəsinə yüksəldikdən sonra ötən il Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Onun Ərzincanda yerləşən və Ermənistan-Gürcüstan sərhədinə nəzarət edən 3-cü Ordunun komandanlığına təyin olunduqdan sonra təqaüdə çıxmaq istəməsi birmənalı qarşılanmayıb.