AZ

Ərdoğanın oğlu Azərbaycana gəldi — FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan Azərbaycana gəlib.

Demokrat.az Teleqraf-a istinadla xəbər verir ki, o, Göygöldə keçirilən IV Milli Yaylaq Festivalında fəxri qonaq olaraq iştirak edib.

N.B.Ərdoğan jurnalistlərə açıqlamasında bütün gənclərin milli birlik düşüncəsində yetişməli olduğunu bildirib.

“Öz kimliyimizi qorumaq eyni zamanda vətəni qorumaq deməkdir. Arzu edirik ki, beynəlxalq qurum olaraq dünyada heç bir milli kimlik yox olub getməsin. Bu gün can Azərbaycanda bu gözəl mənzərəni görməkdən çox məmnunuq. Gənci, yaşlısı, türk dünyasının hər tərəfindən bura insanlar gəlib. Biz qurum olaraq 10 ildir ki, milli dəyərlərin yox olmamağı üçün çalışırıq", - Dünya Etnoidman Konfederasiyasının sədri söyləyib.

Təşkilatçılar tərəfindən Nəcməddin Bilal Ərdoğana xatirə hədiyyələri təqdim edilib.


Seçilən
15
demokrat.az

1Mənbələr