AZ

"Qalatasaray" "Mançester Siti"yə təklif göndərdi

"Qalatasaray" qapıçı Ederson üçün "Mançester Siti"yə ilk rəsmi təklifini edib.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə klubu 31 yaşlı qapıçı üçün təxminən 10 milyon avro ödəməyə hazırdır. Lakin “şəhərlilər” daha yüksək məbləğ tələb edirlər. Bu barədə jurnalist Fabrizio Romano məlumat verib.

Edersonun keçidi baş tutarsa, "Siti" PSJ-nin qapıçısı Cianluici Donnarumma ilə müqavilə bağlaya bilər. İtaliyalı futbolçu İngiltərə klubuna keçməyə açıqdır və şəxsi şərtlərin razılaşdırılmasında problem olmayacaq.

Ederson 2017-ci ildən “şəhərlilər”də çıxış edir. Oyunçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 20 milyon avro təşkil edir.

Seçilən
34
manset.az

1Mənbələr