AZ

Ərdoğan Tramp-Putin görüşünü alqışlayıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü müsbət qiymətləndirib.

TurkicWorld xəbər verir ki, bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.

“ABŞ Prezidenti cənab Tramp ilə Rusiya Prezidenti cənab Putin arasında Alyaskada baş tutan danışıqlar Rusiya–Ukrayna müharibəsinin sona çatdırılması üçün yeni bir dinamika yaradıb. Alyaska sammitini məmnuniyyətlə qarşılayırıq və bu prosesin Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı ilə qalıcı sülhün əsasını qoyacağına ümid edirik. Türkiyə sülhün təmin olunması üçün hər cür dəstək verməyə hazırdır” – deyə, Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər.

Seçilən
116
50
turkic.world

10Mənbələr