ain.az bildirir, Azertag portalına istinadən.
Vaşinqton, 16 avqust, AZƏRTAC
Atlantik okeanı hövzəsində mövsümün ilk qasırğası olan “Erin” 5 kateqoriyaya kimi yüksəlib.
AZƏRTAC xəbər verir ki, Milli Qasırğa Mərkəzinin yaydığı məlumata əsasən küləyin sürəti saatda 260 kilometrə çatıb. ABŞ-ın bir neçə ştatında güclü yağış xəbərdarlığı edilib. “Erin” qasırğasının Puerto-Rikonun şimalına gedəcəyi və həftənin son günü daha da güclənəcəyi gözlənilir.
Qasırğanın ABŞ-ın quru hissəsinə təsiri olmayacaq, lakin böyük dalğaların və həyat üçün təhlükə yaradan cərəyanların hələ də avqustun 20-dən 27-dək sahildə qüvvədə qalması ehtimal edilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.