AZ

"Putin Trampdan məhz istədiyini aldı" - "The Telegraph"

"Simvolik qələbə və real nəticəsizlik..."
 
Vladimir Putin Alyaskada keçirilən görüşdə Donald Trampdan ən çox istədiyi şeyi - ABŞ prezidentinin əlini sıxmaq imkanını əldə etdi. Bu jest Kreml rəhbərinə dünyaya "Rusiyanın böyük güc kimi yenidən masaya qayıtdığını" göstərmək üçün kifayət etdi.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Mətbuata açıqlamalarda atəşkəs barədə heç nə deyilməyib. Əvəzində Putin açıq şəkildə bildirib ki, "Ukrayna məsələsi olmasaydı, Moskva ilə Vaşinqton arasında əla münasibətlər ola bilərdi". O, çıxışında ticarət, kosmosun və Arktikanın öyrənilməsi kimi sahələrdə əməkdaşlıq imkanlarını sadalayıb, lakin hər dəfə "Ukrayna problemi" maneə kimi vurğulanıb.
 
Putinin ritorikası və Trampın jesti
 
Putin görüşü "iki ölkə arasında münasibətlərin yeni mərhələsi" adlandırıv və "səhifəni çevirmək vaxtıdır" deyib. Bu "səhifənin" adının "müharibə" olduğunu isə hər kəs anlayıb. O, açıq şəkildə Baydeni tənqid etdib, "əgər 2022-ci ildə prezident Tramp olsaydı, Ukraynada heç bir problem yaranmazdı" deyib.
 
Trampın qısa cavabı isə zalda səs-küyə səbəb oldu: o, Putini "boss" adlandırıb. Bu ifadə, Ukraynadakı müharibəyə görə Kremlin məsuliyyətini vurğulamağı gözləyən dairələr üçün xüsusilə xoşagəlməz olub.
 
Putin isə qeyri-adi şəkildə "Ukraynanın təhlükəsizliyinin təmin olunmasının vacibliyini" etiraf edib. Halbuki adətən onun ritorikasında Ukraynanın suverenliyi ya inkar edilir, ya da kiçildilir. Analitiklərin fikrincə, bu bəyanat nadir hal olsa da, böyük əhəmiyyət daşımayıb.
 
Moskvaya dəvət və boş qalan nəticələr
 
Görüşün sonunda Putin Trampı Moskvaya dəvət edib. Lakin nə atəşkəs, nə də hər hansı saziş əldə olunub. İki lider jurnalistlərlə danışmadan zalı tərk edib. "The Telegraph" yazır ki, Putinin ABŞ-da qarşılanması da teatr tamaşasına bənzəyirdi: qırmızı xalça, havada beş təyyarənin parad uçuşu, hətta amerikalı əsgərlərin Putinin təyyarəsi qarşısında diz çökərək xalçanı sərməsi. Nəşrin fikrincə, bu mənzərə bir çoxlarını dəhşətə gətirəcək.
 
Nəticə və xəbərdarlıq
 
Bütün bu "səhnə"nin sonunda Putin Trampın əlini sıxmağı bacarıb və bu, onun üçün böyük simvolik qələbə olub. O, indi dünyaya göstərmək istəyir ki, Rusiya yenidən "böyük masada" əyləşib və gördüyü işlərin nəticəsiz qalacağına ümid edir. "The Telegraph" xəbərdarlıq edir: əgər Avropa liderləri bundan sonra Ukraynanı dəstəkləmək üçün ciddi addımlar atmasalar, tarix qarşısında cavab verməli olacaqlar.
 
Alyaska danışıqları
 
Xatırladaq ki, avqustun 15-də Alyaskada keçirilən Putin-Tramp görüşü ərəfəsində Tramp atəşkəsə nail olmaq və Zelenski ilə üçtərəfli görüş təşkil etmək niyyətində olduğunu deyib. Görüşdən sonra isə o, ünsiyyətin "10 ballıq" olduğunu bildirib.
Seçilən
98
50
moderator.az

10Mənbələr