AZ

İnsan alveri, dələduzluq, xuliqanlıq -  İsmayılovların kriminal keçmişi

Müğənni Rəqsanə İsmayılova və onun yaxın qohumlarının adları dəfələrlə müxtəlif cinayət işlərində hallanıb.

Redaktor.az "Teleqraf"a istinadla ismayılovların kriminal keçmişini təqdim edir.

2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Rəqsanənin bacısı Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib. E.İsmayılova Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), maddəsi ilə ittiham olunmuşdu.
R.İsmayılovanın anası Adilə Həsənovaya qeyd olunan cinayət işi ilə bağlı 1 il sınaq müddəti olmaqla şərti cəza verilmişdi.

2014-cü il mayın 30-da isə ifaçının bacısı Ellada İsmayılovanın oğulları - Tural, Turan və İlqar Səfərovlar polis tərəfindən saxlanılıb. Onların saxlanmasına səbəb isə Bakının Nərimanov rayonunun Çermet qəsəbəsində, 93 saylı məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü ilə qəsəbə sakinləri arasında baş verən davada iştirakları göstərilmişdi.

2017-ci ildə Rəqsanə İsmayılovanın adı qadın alverində hallanmışdı. İnsan alverində ittiham olunaraq dəmir barmaqlıqlar arasına salınan prodüser Təranə Səmədova həbs edilməsində Rəqsanə İsmayılovanı günahlandırmışdı. Müğənni prodüserin ittihamlarını rədd etsə də, onun Təranə Səmədovanın böyük qızını himayəsinə götürməsi müəyyən şübhələr doğurmuşdu.

2023-cü il aprelində mətbuat Rəqsanə İsmayılovanın vətəndaşlara qarşı dələduzluq etdiyini yazırdı. Həmin dövrdə onun saxlanılması barədə informasiyalar yayılsa da, sonradan təsdiqini tapmadı.

2024-cü il aprelində də müğənninin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılsa da, müğənni bunu təkzib etmişdi.

Amma müğənni bu dəfə barəsində yayılan xəbərləri təkzib edə bilmədi. Çünki xəbərlər mətbuata çıxanda artıq müğənninin barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bu gün - 16 avqust 2025-ci ildə yaılan məlumata görə, Sabunçu polisi daxil olan şikayətlər əsasında dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlayıb. İttiama görə, o, iki nəfərin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Seçilən
81
10
redaktor.az

10Mənbələr