AZ

Sumqayıtda 16 yaşlı gənc dənizdə batdı, əşyaları yoxa çıxdı

  Sumqayıtda 16 yaşlı gənc dənizdə çimərkən həyatı ilə vidalaşdı. Hadisə Corat qəsəbəsi ərazisində, çimmək üçün qadağan olunmuş zonada baş verib.

Referans Xəzər TV-yə istinadən bildirir ki, şahidlərin sözlərinə görə, gənc oğlan dənizə girdikdən bir müddət sonra suda itib. Xilasedicilər və Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupları hadisə yerinə cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilib.

Maraqlı məqam ondan ibarətdir ki, ərazidə gəncə məxsus geyim əşyaları aşkar edilməyib.

Bu gün məlum olub ki, dənizdə boğularaq ölən gənc 16 yaşlı Murad Bayramovdur. Onun cansız bədəni bu gün səhər saatlarında dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.



Seçilən
63
50
referans.az

10Mənbələr