AZ

Rusiya Prezidenti Trampla görüşün nəticələrindən danışdı

ain.az bildirir, Sherg.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə Alyaskada görüşündə Ukrayna böhranının ədalətli həllini müzakirə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti amerikalı həmkarı ilə avqustun 15-də Ankoricdə (Alyaska) baş tutan sammitdən sonra keçirdiyi iclasda bildirib.

"Biz əməkdaşlığımızın praktiki olaraq bütün sahələrini müzakirə etdik, lakin ilk növbədə, əlbəttə ki, Ukrayna böhranının ədalətli əsaslarla mümkün həlli barədə danışdıq. Rusiya Ukraynada hərbi əməliyyatlara son qoymağa üstünlük verir", - o deyib.

Putinin sözlərinə görə, Donald Trampla söhbət səmimi və mənalı olub.

"Biz uzun müddətdir ki, bu səviyyədə birbaşa danışıqlar aparmırdıq. Bir daha deyirəm, öz mövqeyimizi bir daha sakit və təfərrüatlı ifadə etmək imkanı var idi", - dövlət başçısı Rusiya-Amerika sammitinin yekunları üzrə keçirilən görüşdə deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
sherg.az

10Mənbələr