AZ

Putinin Trampa Donetsk qarşılığında təklifi gündəm oldu

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən tarixi zirvənin pərdəarxası üzə çıxmağa başlayıb. Ukraynadakı müharibənin sona çatması üçün bir çox mövzuda yumşaldığı bildirilən Putinin, Trampdan Donetsk bölgəsinin Rusiyaya verilməsini istədiyi qeyd olunub. Putin bunun müqabilində Xerson və Zaporijya bölgələrindəki cəbhə xəttini dondurmağı təklif edib.

Hər iki tərəf görüşdən sonra verdikləri açıqlamada bir çox mövzuda irəliləyiş əldə olunduğunu, lakin hələ də həll edilməli məsələlərin olduğunu bildiriblər.

İngiltərə mərkəzli Financial Times qəzetinin məlumatına görə, görüşdə ərazi mübadiləsi də gündəmə gəlib. Danışıqlara yaxın 4 mənbəyə əsaslanaraq yayımlanan xəbərdə Putinin, Trampdan Ukraynanın Donetsk bölgəsinin Rusiyaya verilməsini istədiyi bildirilib.

Rusiya lideri bunun əvəzində isə Ukraynanın cənubundakı Xerson və Zaporijya bölgələrində cəbhə xəttini dondurmağı təklif edib.

Donetsk bölgəsi Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən şiddətli döyüş sahələrindən biri olaraq qalır. 2014-cü ildə başlayan separatçı hərəkatlardan sonra, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə bölgədəki döyüşlər daha da güclənib. Rusiyapərəst separatçılar və Rusiya ordusu Donetskin nəzarətini ələ keçirmək üçün Ukrayna ordusuna qarşı intensiv hücumlar təşkil edir. Ukrayna isə bölgəni müdafiə etməkdə qərarlıdır və tez-tez əks-hücumlar həyata keçirir. Mülki əhalinin böyük zərər gördüyü Donetsk hazırda müharibənin ən kritik və dağıdıcı cəbhələrindən biri kimi ön plana çıxır.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
108
30
news.milli.az

10Mənbələr