AZ

Ərdoğan Tramp-Putin görüşünə münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşə münasibət bildirib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinin sona çatması axtarışlarına yeni sürət verib. Biz Alyaska Sammitini alqışlayırıq və ümid edirik ki, Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq. Türkiyə sülhün bərqərar olmasına hər cür töhfə verməyə hazırdır”, - Ərdoğan deyib.  \\Yeniavaz.com

Seçilən
36
50
hurriyyet.az

10Mənbələr