AZ

Şəqr-Qərb magistralının Gürcüstandan keçən Surami dolama yolu istifadəyə verilib

Şərq-Qərb beynəlxalq sürətli magistral yolunun Gürcüstandan keçən ən vacib hissəsi olan Surami dolama yolu avqustun 16-dan istifadəyə verilib.

Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, yolun açılışında iştirak edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze irimiqyaslı mühəndislik layihəsinin – 6,4 kilometr uzunluğunda 11 körpü və 5 tuneldən ibarət avtomobil yolunun ən yüksək beynəlxalq standartlara tam cavab verdiyini bildirib.

“Ötən illərdə biz Rikoti dağ keçidinin ən çətin hissələrini və Batumi dolama yolunu açdıq. Bu gün isə Surami hissəsinin açılışı ilə artıq Tbilisidən Rikoti tunelinədək fasiləsiz sürətli magistral yolu açıldı. Bu, vətəndaşlarımız və qonaqlarımız üçün vaxt itkisinin qarşısının alınması, təhlükəsizliyin artması deməkdir”, – deyə Kobaxidze vurğulayıb. Onun sözlərinə görə, bu, sadəcə, infrastruktur layihəsi deyil, Gürcüstanı Avropa və Asiya ilə birləşdirən Orta Dəhlizin mərkəzinə, ən sürətli və ən təhlükəsiz halqasına çevirmək istiqamətində atılmış növbəti strateji addımdır. Bu, logistika xərclərinin azaldılması, yük dövriyyəsinin artırılması, yeni iş yerlərinin yaradılması və ölkəyə yatırılan investisiyaların artması deməkdir.

Seçilən
23
4
avtosfer.az

6Mənbələr