AZ

Tatarıstanlı nazir Talibanı -mehriban quldurlar- adlandırıb


Tatarıstanın sənaye və ticarət naziri Əfqanıstanı idarə edən “Taliban” təşkilatını nağıl personajlarına bənzədib və onları “mehriban quldurlar” adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir Oleq Korobçenko rusların Əfqanıstana getməkdən qorxmaqla səhv etdiklərini bildirib.

O.Korobçenko “Kommersant"a müsahibəsində onun nümayəndələrini uşaq nağıl personajları - "barmaley"lərlə müqayisə edərək, onların "əslində mehriban" olduqlarını vurğulayır. "Çoxları Əfqanıstana getməkdən qorxur, çünki “Taliban” qorxulu barmaleylər kimi təsvir olunur. Əslində, onlar mehriban barmaleylərdir", - nazir deyib. O, həmçinin bildirib ki, Əfqanıstanda qadınlar küçədə danışmaq qadağası da daxil olmaqla məhdudiyyətlərə baxmayaraq, “sülh içində gəzə, işləyə və oxuya bilərlər”.

Korobçenko qeyd edib ki, “Taliban” hərəkatı tez-tez vəhhabiliyə etiqad edən İŞİD-lə qarışdırılır, onun sözlərinə görə, “talibançılar sadiq müsəlmanlardır”.

O, Əfqanıstanla qarşılıqlı fəaliyyətə əsas maneə kimi hüquq sistemlərindəki fərqi adlandırıb: “Onlar şəriətlə, biz isə konstitusiya ilə yaşayırıq”. Eyni zamanda, nazir əmin olduğunu bildirib ki, bu yanaşmalar arasında kompromis tapmaqla Rusiya şirkətləri Əfqanıstanda öz layihələrini həyata keçirə biləcəklər.


Seçilən
72
50
nuh.az

10Mənbələr