“Barselona”nın müdafiəçisi Ektor Fort yaxın həftələrdə komandadan ayrıla bilər.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu İspaniya La Liqasının 2025/26 mövsümünün ilk turunda “Malorka” ilə oyunun heyətinə daxil edilməyib, çünki klub rəhbərliyi onun gələcəyini əsas heyətdə görmür.
Gənc müdafiəçi “Barselona”nın yetirməsidir. Ötən mövsümdə o, əsas komandada 30 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı Fortun dəyərini 10 milyon avro qiymətləndirir.