Avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan Heftelik.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
***
16 avqust, saat 16.32
Cəlilabad rayonunun Alar kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşı, 1977-ci il təvəllüdlü Firdovsinin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı bıçaqlayaraq qətlə yetirib.
İlkin məlumata görə, hadisəyə səbəb tərəflər arasında uzun müddət davam edən mülk davası olub. Son günlər Təhmasib, Rəviyyəyə “dilini kəsəcəyəm” deyə hədələyib. Qadın da bu təhlükə barədə əvvəlcədən Biləsuvarda yaşayan ailəsinə məlumat verib.
Hadisə səhər tezdən, Firdovsi evdən bazara gedəndən az sonra baş verib. Qətli törətməkdə şübhəli bilinən Təhmasib pəncərədən evə daxil olaraq qadını yataq otağında qətlə yetirib.
Onu da qeyd edək ki, Təhmasib əvvəllər də məhkumluq həyatı yaşayıb.
Eləcə də ailələrin ikitərəfli qohumluq əlaqələri olub. Belə ki, ailənin bacısı qətlə yetirilən Rəviyyənin qardaşının həyat yoldaşıdır.
****
16 avqust, saat 10.54
Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır.
Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.
Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.