AZ

İspaniya və Portuqaliyadakı yanğınlar İngiltərəyə çatdı

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya və Portuqaliyada davam edən meşə yanğınlarının tüstüsü Böyük Britaniyanın cənub bölgələrinə qədər yayılıb.

Axar.az xəbər verir ki, Böyük Britaniyanın Meteorologiya İdarəsi (“Met Office”) yanğınlardan qalxan tüstünün Biskay körfəzi üzərindən keçərək İngiltərənin cənub-qərbinə və İrlandiyanın bəzi hissələrinə çatdığını təsdiqləyib.

Meteoroloq Kreyq Snell bildirib ki, son iki gündə tüstü İberiya yarımadasından şimala doğru hərəkət edib. Ancaq o bildirib ki, tüstü Böyük Britaniyada hava keyfiyyətinə ciddi təsir göstərməyəcək. Mütəxəssis əlavə edib ki, tüstünün yaxın günlərdə Uels və Şimali İngiltərənin bəzi bölgələrinə də yayıla biləcəyi ehtimal olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
50
axar.az

10Mənbələr