AZ

Zelenski Trampla görüşə hazırlaşır

BAKI, 17 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı öz “Telegram” kanalında yazıb.

“Prezident Trampla bazar ertəsi baş tutacaq görüşə hazırlaşırıq. Dəvətə görə minnətdaram. Hamı razıdır ki, detalları dəqiqləşdirmək, hansı addımların zəruri olduğunu və işləyəcəyini müəyyən etmək üçün məhz liderlər səviyyəsində söhbət aparılmalıdır. Bu, çox vacibdir”, - o yazıb.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ARD telekanalına bildirib ki, Avropa ölkələri Vaşinqtonda keçiriləcək Tramp-Zelenski görüşünə qoşulub-qoşulmayacağı ilə bağlı qərar verməyi planlaşdırır.

Jurnalistin Almaniya kansleri Fridrix Mertsin Vaşinqton görüşünə qatılıb-qatılmayacağı ilə bağlı sualını cavablandırarkən Vadeful bildirib ki, belə bir qərar qəbul edilərsə, bir çox avropalılar Ukrayna Prezidentini müşayiət etməyə hazır olacaqlar.

“Bu qərar, həftəsonu ərzində razılaşdırılacaq və Fridrix Mertsin məsuliyyəti öz üzərinə götürmək istəyi aydındır; o, son bir neçə gün ərzində bunu çox aşkar nümayiş etdirib. Bu, birlikdə müzakirə olunacaq”, - almaniyalı nazir əlavə edib.

Seçilən
106
50
teleqraf.com

10Mənbələr