AZ

Türkiyədə dəhşətli yanğın: 10 a yaxın kənd boşaldılıb

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Çanaqqala vilayətində meşəlik ərazisində

dəhşətli yanğın başlayıb.

Bakupost.az xəbər verir ki, hadisə Gelibolu rayonunda qeydə alınıb.

Küləyin təsiri ilə alov daha geniş əraziyə yayılıb.

Vilayət valisi Ömer Toraman bildirib ki, hadisə ilə əlaqədar olaraq Eceabat, Kumköy, Yolağzı, Karainbeyli, Büyük Anafartalar və Küçük Anafartalar kəndlərinin sakinləri təxliyə olunub.

Hadisə yerinə 12 helikopter, 12 təyyarə, texniki vasitələr və 560 nəfərlik şəxsi heyət cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
40
www.bakupost.az

10Mənbələr