AZ

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukraynada Aİ yə üzvlük məsələsini müzakirə edəcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 17 avqust, AZƏRTAC

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad sentyabrda Ukraynanın Avropa İttifaqına daxil olmasını müzakirə etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “La Tribune Dimanche” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə Paris bu yolda Kiyevi dəstəkləyir: “Sentyabrda məsləhətləşmələrimizi davam etdirmək üçün Ukraynaya gedəcəyəm. Tapşırıq danışıqların birinci mərhələsinə mümkün qədər tez başlamaqdır”.

O, həmçinin əlavə edib ki, Kiyev müttəfiqlərini və siyasətinin istiqamətlərini müəyyən etmək üçün müstəqil seçim hüququna malikdir.

Kiyev üçün “könüllülər koalisiyası” tərəfindən hazırlanan təhlükəsizlik təminatlarından danışan nazir deyib ki, onların bir hissəsi Ukraynada hərbi kontingentlərin yerləşdirilməsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
50
azertag.az

10Mənbələr