İmişli, 17 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə yeniyetmə və gənclər arasında üzgüçülük idman növü üzrə rayon turniri keçirilib.
Mil-Muğan Regional Gənclər və İdman idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İmişli Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda təşkil edilən rayon turnirində əvvəlcə, idmançılara yarışın qaydaları izah olunub. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunun sonunda qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.