Ölməz, parlaq şəxsiyyətlərdən olan korifey sənətkarımız, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin bu gün anadan olmasının 83-cü ildönümüdür.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
AzPost Müslüm Maqomayevin indiyə qədər nümayiş olunmayan konsert kadrlarını oxucularına təqdim edir.
1973-cü ildə Almaniya Federativ Respublikasında qastrolda olan Müslüm Maqomyev ZDF telekanalında canlı yayımda çıxış edib. Korifey sənətkarımızı Münxendə məşhur alman musqiçisi Maks Gregerin orkestrei müşayiət edib.
M.Maqomayev həmin proqramda 3 mahnı ifa edib. “Help yourself”, “Non pensare a me” və “Kapitan Qrantın uşaqları” filmindən Robertin mahnısı” oxunub.
Konsert iştirakçıları M.Maqomayevi gur alqışlarla qarşılayır. Proqramın aparıcısı Azərbaycan, Bakı haqqında suallar verir, Müslüm isə Sovet İttifaqının cənub ərazilərində yaşayan azərbaycanlıları “SSRİ-nin italiyanları” adlandırır.
Bu konsertin videoyazısı heç vaxt nümayiş olunmayıb.
Dünən M.Maqomayevin 80 yaşı tamam olub.
Azpost.info həmin videonu oxucularına tədim edir.
https://youtu.be/5Mnuu63_B4c