AZ

Türkiyədən 411 min 649 suriyalı ölkəsinə qayıdıb

8 dekabr 2024-dən sonra Suriyada baş verən hadisələrin ardından ümumilikdə 411 min 649 suriyalı öz ölkəsinə geri dönüb.

APA xəbər verib ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi Başqanlığı açıqlama verib.

Miqrasiya İdarəsinin məlumatına görə, 8 dekabr 2024 tarixindən sonra könüllü geri dönüşlərin sayı sürətlə artıb. Həmin tarixdən etibarən ümumilikdə 411 min 649 nəfər suriyalı ölkəsinə geri qayıdıb.

2016-cı ildən bəri könüllü şəkildə geri dönən suriyalıların ümumi sayı isə 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə müvəqqəti qoruma statusunda olan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir.

Nazirlikdən bildirilib ki, geri dönüş prosesinin hər bir mərhələsi Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin koordinasiyası ilə bütün aidiyyəti qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Seçilən
36
apa.az

1Mənbələr