AZ

Yəməndə elektrik stansiyasında partlayış olub

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yəmənin Səna bölgəsinin cənubunda yerləşən Sanhan ərazisindəki Haziz elektrik stansiyasında partlayış olub.

APA xəbər verir ki, bu barədə Yəmənin Al-Masirah TV English saytı məlumat yayıb.

Məlumata görə, Yəmən Mülki Müdafiə Agentliyindəki mənbə bildirib ki, bu elektrik stansiyası ölkənin əsas enerji obyektlərindən biridir.

Qeyd edilir ki, yanğınsöndürənlər hadisə yerinə göndərilib və hücum nəticəsində yaranan yanğını söndürmək üçün işlər aparılır.

Bölgədəki elektrik istehsalı şirkətinin baş direktoru da açıqlamasında bildirib ki, hücum nəticəsində yaranan ziyanın qiymətləndirilməsi Mülki Müdafiə Agentliyi ilə birgə araşdırılır.

Bundan əvvəl ərəb mediası Sənada iki partlayışın eşidildiyini xəbər vermişdi.

Ənsarullahın Siyasi Bürosunun üzvü Hizam əl-Əsəd bu partlayışların İsrailin hücumları nəticəsində baş verdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
10
apa.az

10Mənbələr