ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi açıqlama verib. Miqrasiya İdarəsinin məlumatına görə, 8 dekabr 2024 tarixindən sonra könüllü qayıdanların sayı sürətlə artıb.
2016-cı ildən bəri könüllü şəkildə geri dönən suriyalıların ümumi sayı isə 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə müvəqqəti qoruma statusunda olan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir. Nazirlikdən bildirilib ki, qayıdış prosesi Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin koordinasiyası ilə bütün aidiyyəti qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir. AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.