AZ

UFC-də yeni çempion

BAKI. 17 avqust. TELEQRAF

ABŞ-ın Çikaqo şəhərində keçirilən UFC turnirinin əsas döyüşündə məğlubedilməz rusiyalı Hamzat Çimayev və orta çəkidə CAR-dan olan çempion Drikus Dü Plessi üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, beş raundluq qarşılaşma Çimayevin qələbəsi ilə yekunlaşıb. Hakimlərin yekdil qərarı ilə o, qalib elan olunub - 50:44, 50:44, 50:44.

Bu, Çimayevin MMA-da 15-ci qələbəsi, Dü Plessinin isə 26-cı döyüşündə 3-cü məğlubiyyəti olub.

Seçilən
41
6
teleqraf.com

10Mənbələr