AZ

Kral III Çarlzın səhhəti kəskin pisləşib

  Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya Kralı III Çarlzın səhhəti son aylar xeyli pisləşib.

Referans xəbər verir  ki ,bu barədə “Radar Online” portalı mənbələrə istinadən məlumat yayıb.

"Son aylar onun səhhəti xeyli pisləşib. Əsa sadəcə kral portreti üçün ənənəvi aksessuar deyil, zərurətə çevrilib", - nəşrin mənbəsi bildirib.

Böyük Britaniya kralının Norfolkdakı malikanəsinin ətrafında çətinliklə hərəkət etməyə başladığı, həmçinin xəstəlikdən ağrıları aradan qaldırmaq üçün spirtli içkilərdən istifadə etdiyi vurğulanır./Report  

Seçilən
63
9
referans.az

10Mənbələr