Demokrat.az xəbər verir ki, sabiq millət vəkili Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ çoxdan gündəmdədir.
Onun sözlərinə görə, burada iki məsələni həll etmək lazımdır: pizza
“Birincisi, Konstitusiyada dəyişiklik olunmalıdır ki, icra hakimiyyəti ləğv edilsin. Fikrimcə, Azərbaycanda olan 14 iqtisadi rayonun hər biri üzrə xüsusi nümayəndə təyin olunmalıdır. Cənab Prezident tərəfindən təyin olunan bu nümayəndələr həmin rayonları idarə etməlidirlər.
İkincisi, bələdiyyələrin statusu məsələsinə baxmaq lazımdır. Bələdiyyələrə kifayət qədər geniş səlahiyyətlər vermək lazımdır ki, onların imkanları artsın və Türkiyə modelinə yaxınlaşsın.
Yəni elə şərait yaradılmalıdır ki, bələdiyyələr söz sahibi olsun, bütün sosial məsələlərə baxsın və onları həll etsin. Çünki bələdiyyə çox əhəmiyyətli bir orqandır. Baxmayaraq ki, 1999-cu ildə yaranıb, kifayət qədər müddət keçməsinə baxmayaraq, hələ də bu institut tam formalaşmayıb”.
6Mənbələr
-
moderator.azİcra hakimiyyətləri ləğv edilir : “14 iqtisadi rayonun hər biri..” ( 20422971)
-
demokrat.azİcra hakimiyyətlərinin ləğvi haqda önəmli açıqlama: “Türkiyə modeli...” ( 20420193)
-
yenisabah.azİcra hakimiyyətlərinin ləğvi haqda önəmli açıqlama: “Türkiyə modeli...” ( 20418693)
-
yenisabah.azİcra hakimiyyətlərinin ləğvi haqda önəmli açıqlama: “Türkiyə modeli...” ( 20418672)
-
metbuat.azİcra hakimiyyətləri ləğv ediləcək? AÇIQLAMA ( 20378241)
-
metbuat.azİcra hakimiyyətləri ləğv ediləcək? - ( 20377983)