Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda 27-ci turda "Los Anceles Qalaksi"ni qəbul edib və rəqibini 3:1 hesabı ilə məğlub edib. "Barselona"nın sabiq üzvləri Jordi Alba, Lionel Messi və Luis Suaresin vurduğu qollar "İnter Mayami"yə qələbə qazandırıb.
"İnter Mayami" hazırda 45 xalla 5-ci pillədə qərarlaşıb.