Ağsu şəhərində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı 25 m² sahədə yanıb.
Referans xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.