Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Mingəçevirdə 55 yaşlı kişi bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gecə saat 01 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində baş verib.
Belə ki, şəhər sakini 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mübariz Muradov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.