"Mançester Siti"nin hücumameylli yarımmüdafiəçi Ceyms Makati İngiltərədə klubunu dəyişib
Fanat.Az xəbər verir ki, "Nottingem Forest" klubu 22 yaşlı ingilisin transferini açıqlayıb.
Futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Transfer məbləğinin 25,5 milyon avro olduğu bildirilir.
Makati “Mançester Siti”nin yetirməsidir. Yarımmüdafiəçi “şəhərlilər”in əsas heyətində bütün yarışlarda 34 oyun keçirib, 7 qol vurub.
Mirağa