Ajans.az xəbər verir ki, İfaçının vəkili İlqar Rüstəmov məsələ ilə bağlı “Teleqraf”ın suallarını cavablandırıb. O, bunları deyib: “Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur. Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamağımız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır. İfadə verib və özünü təqsirli bilmədiyini söyləyib. Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb. İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm. Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil. Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib”. Vəkil əlavə edib ki, apellyasiya şikayəti veriləcək: “Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik. Yəqin ki, yaxın günlərdə təcridxanaya köçürüləcək”.