AZ

Mingəçevirdə bıçaqlanma - Saxlanılan var

Keçmiş məhkumlar arasında başlayan mübahisə qanla bitdi.  "Unikal"ın məlumatına görə hadisə gecə saatlarında Mingəçevir şəhərində N.Nərimanov küçəsindəki məhəllələrdən birində baş verib. Əvvəllər məhkum olunmuş 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı əvvəllər məhkum olunmuş Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək , hadisəni törədən Hafiz Hüseynov 2010-cu ildə Yevlax rayonu ərazisində odlu silahdan açdığı atəşlə adam öldürərək məhkum olunub.Bıçaqla xəsarət yetirilən Ağdam rayon sakini ilə müəyyən dost münasibətləri olub.Vaxtaşlrı içki məclislərində iştirak ediblər. 

Ehtiram Muradov

Seçilən
102
4
unikal.az

10Mənbələr