AZ

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

İsrail ordusu Yəməndə “Ənsar Allah” hərəkatına bağlı husilərin nəzarətində olan Sənanın paytaxt vilayətində yerləşən “Haziz” elektrik stansiyasına zərbə endirib.

APA xəbər verir ki, Husilərə məxsus Al Masirah telekanalının məlumatına görə, onlar artıq obyektin bərpası işlərinə başlayıblar.

Mənbələrin bildirdiyinə görə, elektrik stansiyasında texniki xidmət və təmir işlərinə başlanılıb, o, əvvəlki vəziyyətinə qaytarılacaq.

İsrail ordusunun mətbuat xidməti açıqlayıb ki, ordu Səna bölgəsində husilərə məxsus enerji infrastrukturu obyektini vurub. Əməliyyat, yəmənli üsyançıların İsrailə qarşı dəfələrlə həyata keçirdikləri hücumlara – o cümlədən, raket və pilotsuz aparatların yəhudi dövlətinə doğru buraxılmasına cavab olaraq həyata keçirilib.

Seçilən
17
23
apa.az

10Mənbələr