AZ

Bavariyada qatar avtomobilə toqquşub, iki nəfər ölüb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Berlin, 17 avqust, AZƏRTAC

Almaniyanın Bavariya əyalətində qatarın avtomobillə toqquşması nəticəsində iki nəfər ölüb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, gecə saatlarında İnqolştad şəhərindən gələn qatar dəmir yolu keçidi üzərində “Mercedes” markalı avtomobili vurub. Zərbənin təsirindən avtomobil 25 metr məsafədəki yamaca düşüb və nəqliyyat vasitəsinin hissələri 100 metr məsafəyə səpələnib.

Qəza nəticəsində avtomobildə olan 23 yaşlı sürücü və sərnişin həlak olublar. Onların hadisə anında öldükləri ehtimal edilir. Qatardakı 15 sərnişin və bələdçi xəsarət almayıb.

İlkin məlumatlara görə, siqnalizasiyanın işə düşməsinə və qırmızı işığın yanmasına baxmayaraq, avtomobil relslərin üzərinə - yaxınlaşmaqda olan qatarın qarşısına çıxıb. Regional qatar əyləci işə saldıqdan təxminən 600 metr sonra dayana bilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
2
azertag.az

10Mənbələr