AZ

İran Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyir – Bəqai

İran Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

O bildirib ki, Cənubi Qafqaz siyasi, iqtisadi və geosiyasi baxımdan İran, regional dövlətlər, xüsusilə də Rusiya üçün mühüm əhəmiyyət daşıyır:

“Biz bölgədəki hadisələri diqqətlə müşahidə edirik, məsələlərə nə sadəlövh yanaşırıq, nə də kiçik hesab edirik. Əsas narahatlıq yaradan məsələ xarici qüvvələrin bölgəyə müdaxiləsidir. Regiondankənar qüvvələrin müdaxiləsi və hərbi iştirakı bizim üçün qırmızı xətdir. Belə bir prosesin faydalı olmadığını düşünürük və bunun bölgədə geosiyasi çətinlikləri artırdığı qənaətindəyik”.

Seçilən
22
29
axar.az

10Mənbələr