AZ

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü Vidadi Babanlı Qazaxda dəfn olunub.

"Report"un məlumatına görə, V.Babanlı rayonun Birinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yazıçı ötən gün 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Yazıçının “Vicdan susanda”, “Gəlin”, “Ömürlük cəza” adlı məşhur kitabları işıq üzü görüb.

Seçilən
33
19
qaziler.az

10Mənbələr