AZ

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artıb

Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

Operativ Media "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

Geo News kanalının xəbərinə görə, fəlakətin mənfi təsirləri bölgədə hələ də davam edir.

Xayber Paxtunxva əyalətində bir çox ərazi “fəlakət zonası” elan edilib.

Rəsmilər bildiriblər ki, insan itkisinin artmasından narahatdırlar.

Seçilən
35
50
operativmedia.az

10Mənbələr