AZ

Cəbrayılda həmkəndlilər ağır qəzaya düşdülər: Ölən və yaralılar var

Cəbrayıl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə ötən gün saat 21:30-da rayonun Cocuq Mərcanlı kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, Cəbrayıl rayonu, İsaqlı kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Rafiq oğlu Həsənov idarə etdiyi "Hyundai Grandeur" markalı 10-UU-910 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək dəmir dirəyə çırpılıb.
 
Baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü yüngül bədən xəsarəti, sərnişin, Cəbrayıl rayonu, İsaqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaqub Yolçu oğlu Vəliyev sağ ayağın sınığı bədən xəsarəti ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
 
Digər sərnişin, Cəbrayıl rayonu, İsaqlı kənd sakini, 1954-cü il təvəllüdlü İnqilab Qəndalı oğlu Ağalarov isə hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
11
50
moderator.az

10Mənbələr