AZ

İngiltərə Premyer Liqasının oyunu zamanı azarkeş vəfat edib

İngiltərə Premyer Liqasının birinci turunun "Brayton" - "Fulhem" matçı zamanı azarkeş vəfat edib.
 
Oxu.Az bu barədə BBC-yə istinadla xəbər verir.
 
Məlumata görə, oyun zamanı "Brayton" azarkeşinin halı pisləşib. 72 yaşlı kişi həkimlərin hadisə yerində göstərdikləri səylərə baxmayaraq, dünyasını dəyişib.
 
Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
 
İngiltərə Premyer Liqasına avqustun 15-də start verilib.
Seçilən
27
39
moderator.az

10Mənbələr