AZ

Keyn karyerasında qazandığı ikinci kubokla bağlı nə danışdı?

"Bayern Münhen"in ulduz ingilis hücumçusu Harri Keyn Almaniya Superkubokunda komandasının "Ştutqart" üzərində qazandığı qələbədən danışıb. 

Fanat.Az xəbər verir ki, Keyn klubun mətbuat xidmətinə açıqlamasında belə deyib: 

"Mövsümə belə başlamaq istəyirdik. Yay qısa keçdi, lakin çox çalışdıq. Komandamızın bugünkü oyun tərzini çox bəyəndim. Təbii ki, daha bir neçə qol vurmağı çox istərdim. Komanda olaraq topu yaxşı hərəkət etdirdik və müdafiədə yaxşı işlədik". 

Xatırladaq ki, Münhen klubu "Ştutqart"ı 2:1 hesabı ilə məğlub edərək kuboku qazanıb. Harri Keyn bu görüşdə 1 qol vurub.

Keyn “Bayern”ə keçməmişdən əvvəl “Tottenhem” və İngiltərə millisi ilə bir çox turnirlərin finalında çıxış etsə də, bir kubok qazana bilməmişdi. İngilis forvard ötən mövsüm Almaniya çempionu olub, indi isə Almaniya Superkubokunu qazanıb. 

Seçilən
14
fanat.az

1Mənbələr