AZ

Putin üçün qırmızı xalça sərmək əmrini verən şəxs cəzalandırılmalıdır - Kelloqun qızı

Kelloqun qızı Putinin ayağının altına qırmızı xalça sərmək əmrini verən şəxsin cəzalandırılmasını tələb edib.

Publika.az xəbər verir ki, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs "X" sosial şəbəkə səhifəsində yazıb:

"ABŞ hərbçilərinə Rusiya prezidenti Vladimir Putin üçün qırmızı xalça sərmək əmrini verən şəxs buna görə cavab verməlidir. Uniformalı Amerika əsgərləri bizim əsas düşmənlərimizdən biri üçün qırmızı xalçanı sərməməli idi. Nöqtə. Bu, biabırçı qərardır və qərarı kimlər qəbul edibsə, bunun nəticələrinin cəzasını çəkməlidir".

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putinin Alyaskada təntənə ilə qarşılanmasından narazılığını bildirib.

Xatırladaq ki, avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp danışıqlar aparıb.

Seçilən
17
publika.az

1Mənbələr