Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yay axşamlarında ailə süfrəsinin başında şirin bir ləzzətə yer vermək istəyirsinizsə, bu resept tam sizlikdir. Sadə ərzaqlarla, ev şəraitində hazırlanan bu şirniyyatlar həm ləzzəti, həm də görünüşü ilə diqqət çəkir.
Milli.Az xəbər verir ki, aşağıda təqdim olunan ballı tort resepti süfrələrinizə həm rəng, həm də dad qatacaq.
Ballı tort - Klassik, amma heç vaxt unudulmayan dad
Balın verdiyi xüsusi aroma və qat-qat layların arasında ərimiş krem bu tortu illərin vazkeçilməz şirniyyatına çevirir.
Bu reseptlə hazırlanan ballı tort həm ailəvi süfrələr, həm də qonaqlı-qaralı məclislər üçün ideal seçimdir.
Tərkibi:
Yumurta - 3 ədəd
Şəkər tozu - 1 stəkan
Bal - 2 xörək qaşığı
Soda - 1 çay qaşığı (balda əridilir)
Un - 3 stəkan
Krem üçün:
Qatılaşdırılmış süd - 1 banka
Kərə yağı - 200 qram
Hazırlanması:
Yumurta və şəkər çalınır. Üzərinə bal və soda qarışığı əlavə olunur. Daha sonra un əlavə edilərək xəmir yoğrulur. Xəmir 5-6 bərabər hissəyə bölünüb yayılır və hər lay 180°C sobada 5-6 dəqiqə bişirilir. Soyuduqdan sonra laylar krem ilə yağlanaraq üst-üstə düzülür. Tort 5-6 saat soyuducuda saxlanıldıqdan sonra süfrəyə verilir.
Milli.Az xatırladır ki, bu reseptlə hazırlanan şirniyyatlar istənilən zaman çay süfrənizin ulduzuna çevriləcək.
Nuş olsun!
Kənan
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.