AZ

“Torbalara yığılaraq divardan asılıb” Bakıda məişət tullantıları problemi VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məişət tullantıları torbalara yığılaraq divardan asılıb. Avtosfer.az xəbər verir ki, bəzi küçələrdə isə tullantıların vaxtında daşınmadığı iddia olunur. Görüntülər Abşeronun Mehdiabad qəsəbəsindəndir.

Sakinlər qəsəbəsdə məişət tullantılarının vaxtında daşınmadığını deyirlər. Onların sözlərinə görə, zibiltoplama xidməti həftədə iki dəfə tullantıları götürməlidir. Lakin bəzi hallarda bu qaydaya əməl olunmur. Sakinlər bildirirlər ki, zibil qutuları bəzi ərazilərdə ümumiyyətlə yoxdur. Onlar da tullantıları evlərinin qarşısındakı divarlardan asmaq məcburiyyətində qalırlar. Bu isə həm qəsəbənin mənzərəsini korlayır, həm də yay mövsümündə qoxu və gigiyena problemlərinə səbəb olur. Məsələ ilə bağlı Mehdiabad qəsəbə bələdiyyəsindən bildirildi ki, sakinlərin şikayəti tam əsassızdır. Ərazidə MMC tərəfindən yeni sistem yaradılıb. Bu da məişət tullantılarının daha rahat və ekoloji baxımdan yığılmasına şərait yaradır. Bələdiyyədən o da bildirildi ki, qəsəbədə yaşayan 17 min əhalidən yalnız qeydiyyatda olan 1756 ev məişət tullantılarının pulunu verir. Tullantıların yığışdırılması zamanı gecikmələr də məhz bu səbəbdəndir. Maddi sıxıntılar var və sakinlər üzərlərinə düşən rellaşdırmaq istəmirlər. Texnikalar sıradan çıxan zaman onların təmirinə kifayət qədər vəsait tələb olunur. Sakinlərin hər biri məişət tullantıları üçün lazımı məbləği ödəsə, ərazidə hər hansı bir problem yaşanmaz.

Daha ətraflı videomaterialda.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
avtosfer.az

10Mənbələr